“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.04.2013, 13:46
854

Azərbaycan tarixi günbəgün: 26 aprel

A- A+

26 aprel 2001 - İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü keçirilib.

26 aprel 1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü.

 

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev (1908-1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəlimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetində professoru olub. “Bir gəncin manifesti” romanının, povest və hekayələrin müəllifidir.

 

26 aprel 2001 - İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığın pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

 

26 aprel 2006 - Prezident İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri başlayıb. Səfər gedişində Ağ evdə ABŞ və Azərbaycan prezidentlərinin görüşündə (28 aprel) ikitərəfli strateji tərəfdaşlığın geniş spektri müzakirə olunub. Azərbaycan rəhbəri Konqresdə, Amerika işgüzar dairələrində görüşlər keçirib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi