Azərbaycan tarixi günbəgün: 22 iyun
22 iyun 1806 – Azərbaycan torpaqlarına yürüşü davam etdirən çar Rusiyasının qoşunları Dərbəndi işğal ediblər...
22 iyun 1802 – Görkəmli şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (1802-1870) anadan olmuşdur. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
22 iyun 1806 – Azərbaycan torpaqlarına yürüşü davam etdirən çar Rusiyasının qoşunları Dərbəndi işğal ediblər. Dərbəndin ələ keçirilməsi rus qoşunlarının Bakıya doğru yürüşünə imkan yaratdı.
22 iyun1897 – Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbül (Murtuza Məmmədov, 1897-1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona «Bülbül» adı verilib. Bülbül Azərbaycan xalq mahnılarının, bəstəkar mahılarının, operaların baş partiyalarının unudulmaz ifaçısı, həmçinin böyük musiqiçi-pedaqoq olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: