“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.08.2013, 10:58
1499

Azərbaycan tarixi günbəgün: 6 avqust

A- A+

6 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb. Düşmən qoşunları Məngələnata yüksəkliyini ələ keçirərək Füzuli şəhərinə yaxınlaşıblar...

 

6 avqust 1723 –  Çar I Pyotr Rusiya imperiyasının Xəzər dənizini və Azərbaycanı ələ keçirməsi ilə bağlı planları reallaşdırmağa başlayıb. Rusiya ekspedisiyasının Xəzər yürüşü zamanı Azərbaycanın sahil əraziləri, o cümlədən Bakı işğal olunub. Lakin Rusiya qoşunları az sayda olduğundan burada çox duruş gətirə bilməyərək geri qayıtdılar. Məhz bu yürüşdən sonra çar I Poytr Azərbaycan torpaqlarının (bütövlükdə isə Cənubi Qafqazın) ələ keçirilməsi ilə bağlı məşhur "Vəsiyyətnamə"sini elan etdi.

 

6 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb. Erməni qoşunlarının hissələri Məngələnata yüksəkliyini ələ keçirərək Füzuli şəhərinə yaxınlaşıblar. Azərbaycan Milli Ordusunun hissələri hücumu, çətinliklə də olsa dəf edərək erməni qüvvələrini strateji əhəmiyyətli yüksəkliklərdən vurub çıxara biliblər. Lakin iki həftə sonra erməni qüvvələrinin yeni hücümü Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğalı ilə nəticələndi. 

 

6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi