“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.11.2013, 09:45
1716

Azərbaycan tarixi günbəgün: 16 noyabr

A- A+

16 noyabr 1918 - Azərbaycan Xalq Cümühriyyətinin Milli Şurası beş aylıq fasilədən sonra yenidən toplanıb...

 

16 noyabr 1603 - Növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində Səfəvi hökmdarı I Şah Abbasın qoşunları İrəvan qalasının mühasirəyə alıblar. Tərəflər arasındakı öncəki müharibədə (1558-1590) Azərbaycanın böyük hissəsi, o cümlədən İrəvan Osmanlı dövlətinin nəzarətinə keçmişdi. Səfəvi qüvvələri İrəvanı uzun müddət mühasirədən saxladıqdan sonra, 1604-cü ilin iyununda ələ keçirə bildilər. İrəvanın idarəçiliyi Səfəvi hakimiyyətinin aparıcı tayfalarından olan Qacarların nümayəndəsi Əmirgünə xan Qacara verilib.

 

16 noyabr 1918 - Xalq Cümühriyyətinin müvəqqəti parlamenti - Milli Şura beş aylıq fasilədən sonra yenidən toplanıb. Baş nazir Fətəli xan Xoyskinin təklifi ilə toplanan Milli Şura Xalq Cümhuriyyətinin yeni parlamentinin təşkili barədə qərar qəbul edib. Seçki qanunun hazırlanması və parlamentin çağırılmasına dair digər hazırlıq işləri ilə bağlı Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə komissiya yaradılıb.

 

16 noyabr 1938 - Məşhur aktyor, rejissor Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. Stalin represiyasının digər qurbanları kimi 1956-cı ildə aktyora bəraət verilib.

 

16 noyabr 1994 - Azərbaycanla Əfqanıstan arasında diplomatik münasibətlər qurulub.

 

16 noyabr 1999 - ATƏT-in Daimi Şurasında təşkilatın Bakıda daimi nümayəndəliyinin yaradılması haqqında 318 saylı qərar qəbul olunub. ATƏT-in Bakı Ofisi 2000-ci il iyulun 18-də fəaliyyətə başladı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi