“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.11.2013, 09:04
1455

Azərbaycan tarixi günbəgün: 18 noyabr

A- A+

18 noyabr 1999 - İstanbulun "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb...

 

18 noyabr 1910 - Tanınmış neftçi, dövlət xadimi Süleyman Vəzirov (1910-1973) anadan olmuşdur. «Azneft»in rəisi, SSRİ neft sənayesi nazirinin müavini işləyib.

 

18 noyabr 1987 - SSRİ rəhbəri M.Qorbaçovun müşavirlərindən olan akademik A.Aqanbekyan Fransanın «Humanite» qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıb. O, məsələ barədə təklifini SSRİ rəhbərliyinə təqdim etdiyini və «yenidənqurma və demokratiya şəraitində məsələnin müsbət həll olunacağına» ümidvar olduğunu bildirib. Bu bəyanatdan sonra ermənilərin Qarabağ avantürasına start verildi.

 

18 noyabr 1992 - Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər qurulub.

 

18 noyabr 1992 - Milli Məclis Azərbaycanın BMT-nin qaçqınların statusu ilə bağlı Konvensiya və Protokoluna (28 iyul 1951 və 18 noyabr 1966-cı il) qoşulması barədə qərar qəbul edib.

 

18 noyabr 1999 - İstanbulun "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl BTC-yə dair hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ prezidenti B.Klinton və Qazaxıstan prezidenti N.Nazarbayev layihənin dəstəklənməsinə dair «İstanbul bəyannaməsi»ni imzalayıblar.

 

18 noyabr 2007 - Türkiyənin Ədirnə bölgəsindəki İpsala sərhəd-keçid məntəqəsində Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmərin işə salınması ilə Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana (Avropa Birliyinə) nəqli başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın baş naziri Kostas Karamanlis iştirak ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi