“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.11.2013, 10:11
1505

Azərbaycan tarixi günbəgün: 4 noyabr

A- A+

4 noyabr 1997 - Bakıda NATO-nun ilk tədbiri - komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirilib...

 

4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib. Azərbaycanda latın qrafikalı əlifbaya keçid bundan öncə - 1923-ci ildə verilmişdi. 1928-ci ilədək Azərbaycanda iki əlifba – ərəb və latın – paralel istifadə olunurdu. Türkiyənin latın əlifbasına keçməsi Azərbyacında da bu prosesə təkan verdi. 1929-cu il yanvarın 1-dən ərəb əlifbasından istifadəyə qadağa qoyuldu. Bir il sonra SSRİ-də Azərbaycan, ardınca isə Mərkəzi Asiyanın türk respublikaları da latın qrafikalı əlifbaya keçməyə qərar verdilər. Lakin SSRİ-nin türkdilli respublikalarının Türkiyə ilə belə həmrəyliyi Stalini qane edə bilməzdi. 1939-cu ildə Moskva türk respublikalarını kiril əlifbasına keçmək barədə qərar qəbul etməyə məcbur etdi. 1940-cı ilin yanvarından Azərbaycan kiril əlifbasına keçdi.

 

4 noyabr 1997 - Bakıda "Kooperativ Demand" adı altında NATO-nun komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirilib. Bu, alyansın «Sülh naminə tərəfdaşlıq» (SNT) proqrammı çərçivəsində Azərbaycanda keçirilən ilk tədbir idi. Azərbaycan 1994-cü ildə SNT proqramına qoşulmuş, 1996-cı ildə bu proqram üzrə ilk fəaliyyət planını alyansa təqdim etmişdi. 1997-ci il noyabrın 14-də isə prezident Heydər Əliyev «Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında» sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə komissiya (sədr - baş nazirin 1-ci müavini Yaqub Eyyubov) yaradıldı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi