“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.11.2013, 09:11
1531

Azərbaycan tarixi günbəgün: 19 noyabr

A- A+

19 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yeni parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə yekun qərar qəbul edilib...

 

19 noyabr 1918 - Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib. Yeni parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Parlament Azərbaycan əhalisinin (2,7 mln. nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə olmaqla formalaşmalı idi.

 

19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda Universitet) rəhbərlik edib.

 

19 noyabr 1986 - SSRİ-də fərdi əmək fəaliyyətinə icazə verən qanun qəbul olunub. Qanuna əsasən, ölkədə, o cümlədən Azərbaycanda ilk özəl müəssisələr - kooperativlər yaranmağa başladı.

 

19 noyabr 1999 - İstanbulda ATƏT üzvü olan dövlət başçılarının sammiti (18-19 noyabr) başa çatıb. Sammitin yekunlarına dair "İstanbul bəyannaməsi", "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin adaptasiya olunmuş variantı, Avropa Təhlükəsizliyi Xartiyası qəbul olunub. Prezident Heydər Əliyev toplantıda çıxış edib, sammitin sənədlərini imzalayıb. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ,Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə görüşü olub.

 

19 noyabr 2002 - NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında Azərbaycan quruma assosiativ üzv qəbul edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi