“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2013, 10:06
1222

Azərbaycan tarixi günbəgün: 1 dekabr

A- A+

1 dekabr 1920 - Azərbaycanda bolşevik hökuməti - Müvəqqəti İnqilab Komitəsi Zəngəzuru Ermənistana verib...

 

1 dekabr 1510 - Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü olub. Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. O vaxtadək Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı, Azərbaycanı və ərəb İraqını öz hakimiyyəti altında birləşdirmişdi.

 

1 dekabr 1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib. Bundan iki gün öncə - noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər. Bundan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etmiş, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunmuşdu. Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.

 

1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Azərbaycan SSR-in Əməkdar artisti Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub. Kiçik pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi olub. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib. 

 

1 dekabr 1989 - Zəngəzurun ermənilərə verilməsinin 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. O vaxtkı SSRİ Konstitusiyasını, eləcə də beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozan bu adımla Ermənistan Azərbaycana qarşı ərazi iddiasını rəsmən elan etmiş oldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi