“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.07.2013, 09:20
1325

Azərbaycan tarixi günbəgün: 2 iyul

A- A+

2 iyul 1918 - Azərbaycanda polis orqanlarının yarandığı gündür...

 

2 iyul 1892 – Azərbaycan yazıçısı, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simurğ (1892-1937) Bakıda anadan olub. Gənc yaşlarında sol təmayüllü təşkilatlarda faəliyyət göstərib. 1913-cü ildə Xarkov darülfünunin fizika və riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil olur, 1914-cü ildə tibb şöbəsinə dəyişilir. 1919-cu ildə Bakıya qayıdıb maarif və mədəniyyət sahəsində işləmişdir. 1920-1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa gənc yaşlarından başlayıb. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı, mənəviyyat problemlərini təsvir edib. Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. «Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur. 1937-ci ildə Stalin repressiyasının qurbanı olub.

 

2 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis günü kimi qeyd olunur.

      

2 iyul 1921 – Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Azərbaycan Kişi Pedaqoji İnstitutu adı ilə təsis edilib. Sonralar bu ali təhsil müəssisəsi V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu adlanıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır. Universitetdə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir.

 

2 iyul 1997 – Prezident Heydər Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gedib. Səfər gedişində iki ölkə arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə, ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə hökumətlərarası sazişlər imzalanıb. Bu arada Rusiyanın Ermənistana 1 milyard dollarlıq gizli silah verməsi faktının üzə çıxması şimal qonşumuzun Azərbaycanla dostluğa necə “sadiq olduğunu” göstərdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi