“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.07.2009, 10:43
464

“Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilməsini istəyirik”

A- A+

Elmar Məmmədyarov: “Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra münaqişənin həlli prosesində bəzi ümidlər açılıb”

“Azərbaycan “G8”-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 
Nazir bildirib ki, bu bəyanat “Böyük səkkizliyin” problemin həllində və “status-kvo”nun qalmamasında maraqlı olduğunu göstərir: “Həmsədrlərin səfərindən və Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bəzi ümidlər açılıb”.

Məmmədyarovun sözlərinə görə, Moskva görüşündə “Madrid prinsipləri”nin bəzi detalları müzakirə olunub: “Yəni, əvvəlcə məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır, kommunikasiya bərpa olunur. Avropa İttifaqı kommunikasiyanın bərpası üçün donor-konfrans keçirə bilər. Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında kontaktları intensivləşdirmək lazımdır. Sonda isə status müəyyənləşdiriləcək. Biz istəyirik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilsin”.

 

Elmar Məmmədyarov: “Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqda maraqlıdır”

“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada keçirilən görüşündən sonra bəzi ümidlər yarandı. Prosesdə artıq irəliləyiş var”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan tərəfi Sankt-Peterburq görüşünə də, Moskva görüşünə də ümid bəsləyib: “Biz inanırıq və hiss edirik ki, Rusiya prezidenti cənab Dmitri Medvedev artıq öz təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqda maraqlıdır. Moskva görüşündə detalları müzakirə edərkən hiss edirdik ki, o, hansısa irəliləyişə nail olmaq istəyir”.

Məmmədyarov əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri avqustda münaqişənin həllinə dair prinsiplər üzərində işlərini davam etdirəcəklər: “Ola bilsin ki, sentyabrın əvvəlində ayrılıqda, sonunda isə birlikdə regiona səfər etsinlər”.

Xəbərlər
Redaktorun seçimi