“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.08.2009, 09:56
476

Vladimir Putin: “Rusiya Dağlıq Qarabağ probleminin həllini istəyir”

A- A+

“Biz Qafqazda münaqişənin olmasının tərəfdarı deyilik. Çünki münaqişələr bölgə ölkələri ilə əlaqələrimizə mənfi təsir edir”

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ankarada səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan danışıqların yekunu olaraq Türkiyə-Rusiya ortaq protokolunu imzaladıqdan sonra birgə brifinq keçiriblər. 

Ərdoğan çıxışında deyib ki, Rusiya ilə qarşılıqlı anlayışla gündən-günə inkişaf edən münasibətlərinin daha da güclənməsi Türkiyənin xarici siyasətinin əsas hədəfləri arasındadır. Baş nazir Rusiya ilə aralarında olan ticarət və iqtisadi əməkdaşlığın inkişafından məmnun qaldıqlarını söyləyib: “Rusiya Türkiyənin birinci, Türkiyə isə Rusiyanın 5-ci ticarət ortağıdır. Münasibətlərimiz siyasi sahədə, əsgəri, iqtisadi və mədəni sahələrdə fərqlilik göstərməyə başlayıb”.


Ərdoğan deyib ki, Rusiya baş naziri ilə aralarında keçirilən görüşdə əsas önəmli mövzulardan biri enerji məsələsi olub: “Bu sahədəki münasibətlərimizin qarşılıqlı anlayış və etibarlı təməldə davam etməsini arzulayırıq. İstər qaz, istər neft, nüvə enerjisi mövzusunda 3 ana layihə planlaşdırdıq. Bundan sonrakı müddətdə bu addımları zənginləşdirəcəyik. Biz protokolları imzaladıq. İmzaladığımız protokolu Rusiyadan təbii qaz almağımıza şərait yaradan və 2011-ci ildə bitməsi nəzərdə tutulan sazişin yenilənməsidir. Enerji sahəsində Türkiyə ilə Rusiyanın atom enerjisi qurumu olan “Rosatom” arasında iki anlaşma da imzalamışıq.

Baş nazir deyib ki, iki ölkə arasında həmçinin mədəni mübadilə proqramı da imzalanıb. Ərdoğan iki ölkə arasında çox böyük işbirliyini koordinasiya etmək üçün hökumətlər arasında mütəmadi görüş keçirilməsi barədə qərar verdiklərini açıqlayıb. Onun sözlərinə görə, bunun reallaşması istiqamətində ilk görüşün gələn ilin əvvəlində Rusiyada baş tutması planlaşdırılıb.

Türkiyə baş naziri daha sonra deyib ki, onun tərəfindən bir türk-rus kolleci, bir Türk-Rus Universiteti yaratmaq təklifi də irəli sürülüb. O, bu təklifin reallaşması istiqamətində yaxınlarda addım atacaqlarını qeyd edib.

Rusiyanın baş naziri Vladimir Putin isə çıxışında deyib ki, keçirilən görüşlərdə Rusiya və Türkiyə arasında enerji sahəsindəki işbirliyinin daha da dərinləşməsinin vacibliyi vurğulanıb: “Enerji sahəsində xüsusilə “Cənub Axını”, “Mavi Axın” layihələri mühüm rol oynayır. “Cənub Axını” layihəsi çox əhəmiyyətlidir. Biz böyük layihələrlə bağlı razılığa gəldik”.

Putin jurnalistlərin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparmalarına dair sualına cavab olaraq deyib ki, hazırda problemin həlli ilə bağlı danışıqlara Rusiya prezidenti Dmitri Medvedev qatılır: “Rusiya prezidenti bu problemin həlli üçün görüşlər keçirir, əhəmiyyətli çalışmalar aparılır. Rusiya bu problemin həllini istəyir. Biz Qafqazda münaqişənin olmasının tərəfdarı deyilik. Çünki belə münaqişələr bölgə ölkələri ilə əlaqələrimizə mənfi təsir edir. Bu problemin həlli ilə bağlı razılaşmanın əldə olunması mümkündür”.

 

Türkiyə ilə Rusiya “Cənub axını” layihəsinin inşası layihəsi üzrə sənəd imzalayıblar

Türkiyədə Rusiya və Türkiyə baş nazirləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin neft və qaz sahələrində əməkdaşlıq haqqında sənəd imzalayıblar.

APA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd Türkiyənin öz ərazisində “Cənub axını” layihəsinin inşasına razılıq verdiyini nəzərdə tutub. Həmçinin “Mavi Axın-2” layihəsinin inşası ilə bağlı Rusiyə və Türkiyənin birgə maraq göstərilməsi faktı təsbit olunub.

İmzalanmış sənəddə nəzərdə tutulana görə, iki ölkə mütəxəssislərindən ibarət işçi qrupu Samsun-Ceyhan boru kəmərinin inşasında Rusiyanın iştirakını araşdıracaq.

Xəbərlər
Redaktorun seçimi