Xınalıqlılar
Azərbaycanın etnik cəhətdən rəngarəng bölgələrindən olan Quba rayonunda, bir-birindən möhtəşəm dağ silsilələri ilə ayrılan, sıldırım qayalıqlar və konyonlarla əhatə edilmiş, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahdağın ətəklərində salınmış Xınalıq, Buduq, Qrız, Hapıt kəndlərində xınalıqlılar, buduqlular, qrızlılar və qrız etnosuna aid edilən hapıtlılar, ceklilər, əliklilər, yerguclülər yaşayırlar. Məskunlaşdıqları ərazilərə görə tarixşünaslıqda və etnoqrafiyada «Şahdağ qrupu» və ya «Şahdağ xalqları» kimi təsnif edilən bu xalqlar yalnız Azərbaycanda yaşayır və bura onların tarixi vətənləridir. Tarix boyu müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin mövcud olduğu Azərbaycanın təbii-tarixi təşəkkül prosesində iştirak edən bu xalqların hər biri ümumazərbaycan mədəniyyətinin ortaq sahibinə çevrilmişdir.
Şahdağın ətəklərinə yayılmış Qrız, Buduq kəndləri, xüsusilə də Şah- dağın ən yüksək zirvəsində, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi dağların arasında mühafizə edilmiş canlı tarix sə- hifələridir. Şahdağ xalqlarının məskunlaşdıqları Xınalıq, Qrız, Buduq, Hapıt kimi kəndlər həm dağların əsrarəngiz gözəlliyi, həm də yaşayış evlərinin tarixi memarlıq quruluşu, xüsusilə burada məskunlaşan etnosların unikallığı baxımından təbiətin dağların qoynunda yaratdığı canlı etnoqrafik muzey, tarixin və təbiətin yaratdığı özünəməxsus bir qoruq təsiri bağışlayır.
Dünyanın etnik xəritəsində yalnız Azərbaycanda qeydə alınmış bu nadir et- nosların ana dillərinin, milli mədəniyyətlərinin, etnik özəlliklərinin qorunma- sı dövlətin ümdə vəzifələrindəndir. Azərbaycanda yaşayan xalqlara, onların tarixinə və mədəniyyətinə dövlət qayğısını Prezident İlham Əliyevin 19 dekabr 2007-ci ildə xınalıq etnosunun və mədəniyyətinin qorunub-saxlanılması üçün Quba rayonunun Xınalıq kəndinin ərazisinin Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilməsi ilə baglı verdiyi sərəncamda daha aydın görmək mümkündür.
Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı təqribən 45 min nəfərdir. Tarixən Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik və Yergüc kəndlərində yaşayan, öz kəndlərinin adı ilə tanınan bu etnosların hər birinin özünəməxsus dili olmuşdur. Dilçi alimlərin araşdırmaları nəticəsində Şahdağ kəndlərində xınalıq, buduq və qrız dillərinin hər birinin müstəqil dil, hapıt, əlik, cek və yergüc dillərinin isə qrız dilinin dialektləri olduğu müəyyən edilmişdir.
Aparılan araşdırmalar Azərbaycan xalqının etnik tarixində özünəməxsus yer tutmuş Şahdağ xalqlarının tarixi-etnoqrafik və folklor ənənələri bu xalqların qədim alban tayfalarının varisləri olaraq Azərbaycan xalqının etnososial birliyinə daxil olan və Azərbaycan xalqının mənşəyinə dayanan qədim soylardan olduğunu söyləməyə əsas verir.
⇔ ⇔ ⇔
Qubanın Xınalıq kəndi Azərbaycanın ən ucqar və əlçatmaz yaşayış məs- kənlərindəndir. Zirvəsi yay-qış qarlı olan möhtəşəm Şahdağın ən uca zirvə- sində yerləşən Xınalıq kəndi dağların arasında bəşər sivilizasiyasının dağı- dıcı qüvvəsindən qoruna bilmiş canlı tarixdir. Dəniz səviyyəsindən təqribən 2300 metr hündürlükdə, Qızıl qaya, Şahdağ, Tufandağ, Xınalıq kimi Qafqaz dağlarının əhatəsində, ən uca zirvədə bir evin damının, ondan yüksəkdə yer- ləşən digər evin meydançası olan terrasvari evləri ilə amfiteatrı xatırladan bu qədim dağ kəndi və burada məskən salmış xınalıqlılar bu təcridolunma sayə- sində təbiiliyini, özünəməxsus memarlıq quruluşunu və etnik ənənələrini bu günədək qoruyub saxlaya bilmişlər.
1836-cı ildə Zaqafqaziya (Cənubi Qafqaz) Baş İdarəetmə Şurasının üzvü Vasili Leqkobitov təqribən yeddi il ərzində Bakı və Quba quberniyalarında yerli xalqların məişəti və mədəniyyətinə dair məlumat toplamışdır. Həmin materiallar bu gün də zəngin etnoqrafik mənbə hesab olunur. V.Leqkobıtov xına- lıqlıları «əlçatmaz dağlar arasında yaşayan canlı tarix» adlandıraraq, onların «ucaboylu, gözəl üz cizgilərinə malik, sarışın, mavi gözlü» olduqlarını yazırdı. Qeyd etmək lazımdır ki, bu gün də xınalıqlılar eyni xarici görkəmə malikdirlər. Strabon da albanların hündürboylu və xoşsimalı olduqlarını qeyd edirdi.
Xınalıqlılar mənşə etibarilə Qafqaz Albaniyası tayfalarından olan qat və ya katların (kət) birbaşa varisləridirlər. Bu etnonim xınalıqlıların etnik özünüad- landırmasında bu günədək qorunub-saxlanılmışdır. Xınalıqlılar müstəqil etnos kimi kəndlərinin adı ilə tanınsalar da, özlərinə kəttid (ketlər, tək halda: khət) deyir, kəndlərini isə Ketiş adlandırırlar. Bu toponim xınalıqlıların dilində ket yeri və ya ket yurdu anlamını verir. Qonşu buduqlular, qrızlılar və hapıtlılar da onları qet-di yəni «qetlər» çağırırlar. Onlar VI-VIII əsrlər boyu davam edən Bi- zans, Xəzər, Ərəb xilafəti hərbi yürüşləri nəticəsində öz yurdlarını tərk edərək Azərbaycanın şimal-şərqindəki əlçatmaz dağlarda sığınacaq tapmışlar.
Araşdırmalara əsasən, «Xınalıq» toponimi ilə bağlı müxtəlif yozumlar vardır. Məsələn, bir yozuma görə, kənd öz adını ətraf qayalar üzərindəki «xına mamırlardan», digərinə əsasən isə hunluq (hunların məskəni) sözündən götür- müşdür.
Tarixi-etnoqrafik araşdırmalar Xınalıq toponiminin vaxtilə Qafqaz Albani- yasının şimal-qərb ərazilərində mövcud olmuş Xeni mahalının adı ilə əlaqələn- dirilməsinin daha məqsədəuyğun olduğunu söyləməyə əsas verir. Mənbələrdən məlum olur ki, erkən orta əsrlərdə Qafqaz Albaniyası Xəzər, Sasani və Bizans ordularının döyüş meydanına çevrildiyi zaman Xeni mahalında yaşayan tayfa- lar keçilməz dağlara çəkilərək orada məskən salmışlar. Xınalıqlılar da əcdadla- rının Xeni şəhərindən gəldiyini söyləyir və Xınalıq kəndinin adını «xenililərin məskəni» kimi izah edirlər.16 Xınalıqlılar arasında dolaşan əfsanələrdən məlum olur ki, Xeni şəhəri Tufan dağının o tayında yerləşir. Əhalinin «Tufan dağının o tayı» adlandırdığı ərazi isə müasir Azərbaycan Respublikasının şimal-qərb bölgəsi, alban müəllifi Musa Kağankatlının da adını çəkdiyi qədim Xeni ma- halının yerləşdiyi hissəsidir. Yeri gəlmişkən, əhali Xınalıq kəndini həm də Xe- nilıq adlandırır. Toponimdəki -lıq Azərbaycan türkcəsində mənsubiyyət şəkilçidir. Deyilənə görə, «xenililərin məskəni» və ya «Xenidən olanlar» anlamını verən bu adı bölgədə yaşayan Azərbaycan türkləri yaratmışlar.
Xınalıqlılar bu gün də Azərbaycanın şimal-qərb bölgəsi, xüsusilə də Qəbələ ilə etnogenetik əlaqələrini kəsməmişlər. Xınalıqlıların qışlaq yerlərinə gedən yol məhz Qəbələ ərazisindən keçir. XX əsrin ortalarına qədər Xınalıq əhali- si bu yolla Qəbələyə alış-verişə yollanardılar. Xalq arasında vaxtilə Tufandağı və Bazardüzu dağlarından keçərək Qəbələyə doğru uzanan qədim dağ yollarının mövcudluğu barədə rə- vayətlər vardır. Xınalıqlılar Qafqaz Albaniyası dövrün- dən yaddaşlarında qalan bu qədim ərazini Kabal (Qə- bələ) adlandırırlar. Adətən, öz kəndlərindən olanlarla ailə quran xınalıqlılar yalnız Qəbələ əhalisi ilə qohum ol- mağa indi də meyillidirlər. Qəbələ rayonunun Nic kəndində yaşayan udilər də Xınalıq sakinləri ilə qohum tayfalar olduqlarını təsdiq edirlər. Udilərin, saxur və ingiloyların bir sıra spesifik mərasim ayinləri, məsələn, toy şahına diri xoruzun bağlanması, toy mərasimlərində dayının xüsusi rol oynaması, elçilikdə qız və oğlan evlərinin razılıq əlaməti kimi çörək kəsmələri və s. xınalıqlılarda da vardır. Eyni zamanda xınalıqlıların saxur, rutul, ingiloy kimi alban mənşəli tayfalarla da ortaq etnomədəni xüsusiyyətləri mövcuddur.
Xınalıq dili dünyanın yüz ən qədim dilindən biri sayılır. Bu dil Qafqaz-Şah- dağ dil qrupuna aid edilsə də, onun digər dillərlə qohumluğu müəyyən edilmə- mişdir. Xınalıq dili linqvistik cəhətdən təcrid olunmuş dillər sırasındadır. Ümu- miyyətlə, mütəxəssislərin bildirdiklərinə görə, xınalıqlılar tamamilə orijinal, heç bir dil qrupuna aid olmayan bir dildə danışırlar. Ötən əsrin 50-ci illərində xınalıqlıların unikal dilini tədqiq edən tanınmış linqvist və qafqazşünas Yunus Deşeriyev də xınalıq dilinin Qafqazın ən qədim dili olması və günümüzə qədər dəyişməz qaldığını bildirmişdi.17 Abbasqulu ağa Bakıxanov «Gülüstani-İrəm» əsərində dəfələrlə Xınalıq kəndini xatırlatmışdı. O yazırdı: «Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa – Samur və Kürə nahiyyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtə- lif ləhcəli xüsusi dilə malikdirlər».
Xınalıqlılar öz dillərini ketiş metzi adlandırırlar. Onun heç bir dialekt və ləh- cəsi olmasa da, kəndin yuxarı, orta və aşağı məhəllələrindəki nəsillər arasında tələffüz fərqi vardır. Dilçi alimlər xınalıq dilinın Azər- baycanın qədim alban mənşəli tayfalarından olan udi dili ilə nisbətən yaxınlığı qənaətində- dirlər. XIX əsrə aid mənbələr- də xınalıq dilinin digər Şahdağ xalqlarının dillərindən tama- milə fərqli və ətraf kəndlərin anlamadığı dil olması qeyd edilirdi. Xınalıqlılar özləri də dillərinin «Nuh peyğəmbərin dövründən qaldığına», hətta onun məhz bu dildə danışdı- ğına əmindirlər. Əfsanələrin birində bildirilir ki, keçmiş- də yalnız bir dil, o da Huhpeyğəmbərin və onun övladlarının danışdığı dil vardı. Onun digər övladları dünyanı dolaşarkən bu dili unutmuş, Yafəsin nəsli isə olduğu kimi qorumuşdur.
Ümumiyyətlə, bu kənddə Nuh peyğəmbər və Nuhun tufanı ilə bağlı müxtə- lif əfsanələr söylənməkdədir. Bu rəvayətlərə söykənərək kənd əhalisi özünü «Yafəsin nəsli» ilə bağlayır. Xalq arasında yayılmış bir rəvayətə görə, Nuhun gəmisi məhz bu ərazidə yerləşən Tufan dağına dəyərək parçalanmışdı. Onlar dağın yaxınlığındakı Tufan gölünün dibində Nuh gəmisinin taxta parçalarının hələ də qaldığına inanırlar. Yerli əhali həm yağış çağırma, həm də Günəşi ça- ğırma ayinlərinin icrası zamanı qurban kəsərək bu gölü ziyarət edirdilər.
Xınalıqlılar xüsusilə əhatəsində yaşadıqları Tufan dağı, Qiblə dağı, Baba dağı kimi dağları, eyni zamanda Qəbələ bölgəsindəki Komrad dağını da müqəddəsləşdirmiş, onlarla bağlı müxtəlif əfsanələr yaratmışlar. Övladı olmayan qadınlar əsasən Qırx Abdal, Cabbar baba, Gömrad kimi ziyarətgahlara gedərək niyyət edib qurban kəsdirərdilər. Bu inanc yerləri içərisində Qəbələ rayonu yaxınlığında yerləşən Komrad dağının xınalıqlılar arasında xüsusi nüfuzu var. Bu dağın zirvəsində yerləşən və V əsrə aid edilən alban məbədi Xınalıq əhalisinin, eyni zamanda Qəbələ bölgəsi əhalisinin ən çox getdiyi ziyarətgahlardandır. Adətə görə, Komrad pirinə övlad sahibi olmaq arzusu ilə gələnlər doğulacaq körpənin saçını pirə nəzir deyərlər. Bundan sonra doğulan oğlan uşağının təpəsinin ortasında saçının bir hissəsi hörük şəklində uzadılır və yalnız 7 il sonra Komrad dağında kəsilir. Oğlan uşağını bədnəzərdən qorumaq üçün kəkil saxlanması adəti qədim alban tayfalarından olan udilər və ingiloylar arasında da geniş yayılmışdır. Saçla bağlı bu ayini hər ailə icra etməzdi. Daha çox uşağın həyatını təhlükədən xilas etmək məsədilə öncədən uşağın saçını nəzir deyənlər saçla bağlı belə ayinləri icra edərdilər. Belə saçı uzadılan oğlan uşaqlarına Tanrının onu göydən görə bildiyinə və qoruduğuna inanaraq hər kəs ehtiyat və hörmətlə yanaşar, onu incitməməyə çalışardı. Qədim türk inancına görə, uzadılan kəkil Tanrının göydən onu görə bilməsinə və qorumasına yar- dım edir. Bu adət Orta Asiya türklərində, İraq türkmənlərində də mövcuddur.
Xınalıqda ümumi sahəsi kəndin ərazisindən bir neçə dəfə böyük olan səkkiz qədim qəbiristanlıq yerləşir. Ənənəyə görə, burada hər məhəllənin öz ziyarət- gahı və qəbiristanlığı vardır. Kənd Giyad təpəsinin zirvəsindən ətəklərinədək, Ruştoş və Dəyirmançay çaylarının sahillərinədək başdan–başa qəbiristanlıqlarla əhatə olunub.
Kəndin ən qədim qəbiristanlığı Xınalığın ən güclü və qədim piri sayılan Cabbar baba pirinin yerləşdiyi məzarlıq- dır. Bundan başqa, kəndin ətrafında bir neçə qədim qə- bir yerləri var. Xınalıq kən- dində çaya doğru yol boyu uzanan ərazidə, həmçinin Yarğandərə deyilən yerlər- də üç-dörd qatlı məzarlar da müəyyən edilmişdir. Bu, Şahdağ kəndlərinin çox qə- dim tarixə malik olduğu- nu, burada patriarxal nəsli qayda-qanunların hökm sürdüyünü, ailə qəbiristan- lığı ənənəsinin qədimliyini göstərir. Saysız-hesabsız Xınalıq qəbirlərinin qədim tarixinin Qafqaz Albaniyası dövrünədək uzandığı şübhəsizdir. Qədim alban izləri təkcə xınalıqlılara məxsus etnonim və toponimlərdə deyil, kənd qəbiris- tanlıqlarındakı qədim başdaşılarında da qalmaqdadır.
Xınalıq kəndi Cabbar baba, Pirə-Comərd, Әbu Müslüm məscidi, Şeyx Şalbuz baba məscidi, Xıdır Nəbi, Möhüc baba, Şıxşalburuz baba, Qırx Ab- dal və Atəşgah kimi onlarca ziyarətgahla zəngindir. Maraqlıdır ki, xınalıqlılar kənddə bütün məscidləri də «pir» adlandırırlar. Xınalıq ziyarətgahları içərisin- də ən çox maraq doğuran Əbu Müslüm məscididir. Bu məscid Xınalıq kəndin- dəki ən erkən islami ibadət yeri sayılır. Lakin bu ibadətgah islamdan öncə də mövcud olmuş Günəş məbədinin izlərini qoruyub-saxlamışdır. Maraqlıdır ki, Qrız və Cek kəndlərində də eyni arxitektur quruluşa malik və eyni adlı belə məscidlər vardır. Arxitektura cəhətdən bu inanc yerləri ənənəvi məscidlərdən fərqlidir. Bu məscidlərin hamısı kəndlərin ən hündür yerində, dağın başında və günçıxan tərəfdə tikilib. Məlumdur ki, albanlar da qədim Ay və Günəş məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər. Bu məscidlərin içərisində- ki tacşəkilli qədim taxta sütunların üzərindəki günəş rəmzlərinin təsvirləri də buranın vaxtilə Günəş məbədi olması fikrini təsdiqləyir.
Pirə-Comərd türbə-məscidi də Xınalığın ən qədim inanc yerlərindən biri- dir. Kəndin ən qədim məhəlləsində yerləşən bu inanc yerinin islamdan öncəyə aid olduğu söylənilir. Buradakı qədim tikili xalqın yaddaşında islamdan əvvəl atəşpərəst ayinlərinin keçirildiyi məbəd kimi qalıb. Buna görə də Pirə-Comərdi bəzən «atəşpərəstlər məbədi» də adlandırırlar. Bu qədim ziyarətgah qala şək- lində inşa edildiyi və qülləvari formada olduğuna görə xalq arasında «Bürc məscidi» və ya «Qüllə piri» kimi də tanınır. Hazırda ancaq xarabalıqları qalan bu qədim inanc yeri, kənd əhalisinin dediyinə görə, vaxtilə maraqlı arxitektu- raya malik ibadətgah olmuşdur. Beşguşəli bünövrəsi yuxarıya doğru getdikcə daralan, üst hissəsində gündoğan tərəfə açılan pəncərəsi olan qülləvari tikilinin qapısı Qiblə dağı istiqamətində olmuşdu. Qüllədə vaxtilə gecə-gündüz məşəlin yandığı da söylənilir. Yerli əhalinin dediyinə görə, islam dininin bu ərazilərə gəlişi nəticəsində məbəd diqqətdən kənarda qalmış, daha sonra Comərd adlı şəxs tərəfindən bərpa edilmiş və ona bitişik məscid inşa olunmuşdur. Xınalıq əhalisi islam dinini ilk dəfə məhz Pirə-Cömərddə qəbul etmişdir. Bir müddət sonra Comərdin məzarı inanc yerinə – pirə çevrilmişdir.
Xınalıqda Ca yuvr ciqa (Od yeri) adlanan qədim atəşgahı da yerli əhali pir kimi ziyarət edir. Bu ərazi yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllardan ibarətdir. Sakinlərin söylədiyinə görə, ətrafda bir neçə yerdə od yerləri var. Buraya ziyarətə gələnlər niyyət edib torpağı qazırlar. Əgər yerdən alov dilləri çıxarsa, deməli, istəkləri həyata keçəcəkdir. Atəşgaha müqəddəs ocaq kimi sitayiş edən yerli əhali bəzən qurban kəsərkən qurbanlıq ətini bura- ya gətirir, isti qaya parçalarının üstündə bişirir və ziyarətə gələnlərə paylayır. Çünki Xınalıq atəşgahında heyvan kəsmək, ocağı çirkləndirmək böyük günah sayılır. Tarixi mənbələrin verdiyi məlumata görə, Hindistandan Azərbaycana gələn atəşpərəst zəvvarlar təkcə Abşerondakı Atəşgahı deyil, Xınalıq ərazisin- dəki Ca yuvr ciqa pirini də ziyarət edərdilər.
Xınalıq kəndindəki qədim ziyarətgahlardan biri də iri qaya altında bir neçə bulağın olduğu və qayadan damcılayan su damlalarının bəzən nazik bulağa çevrildiyi Qırx Abdal piri hesab edilir. Bu pirin yaxınlığındakı dağ yarğanın- dan çıxan Alxas bulağının suyu da kənd əhalisi tərəfindən müqəddəs, şəfa- verici hesab edilir. Sakinlərin söylədiyinə görə, aprel ayından başlayaraq bu yarğandan su çıxmağa başlayır və payızın axırında kəsilir. Övlad istəyən qadın və ya hər hansı bir niyyət tutan adam yazın ilk günlərində dağ yarğanından açılan suyun ilk şahidi olarsa, deməli, muradına çatacaqdır.
Qədim alban etnoslarının təbiət qüvvələrinə, Göyə, Aya, Günəşə sitayişi ilə bağlı qədim inancların izlərinə xınalıqlıların məişət ənənələrində də rast gəl- mək mümkündür. Xınalıq toylarında gəlin Günəş simvolu olan iri qırmızı par- çaya bürünərdü. Günəşin qoruyucu qüvvəsinə inanan Şahdağ xalqları arasında da od, Günəş simvolu kimi gəlin gedən qıza ata ocağından ocaq külü verilməsi, başına kiçik dəmir və kömür parçaları, mıxçalar atılması, gəlin ər evinə daxil olarkən bəd ruhlardan qorunmaq üçün ayağını mis məcməyiyə basaraq içəri keçməsi və s. inanclar mövcuddur. Gəlin ata evindən çıxmazdan əvvəl üç dəfə ocağın ətrafında dolandırılardı. Gəlini aparmağa gələn oğlan evi, adətə görə, qız evindən bərəkət, uğur aparmaq mənasında gizlicə bir şey, xüsusilə kül və ya köz götürməyə çalışardı.
Şahdağ xalqlarının toy mərasimlərində bəzədilən şaxda Günəş və məhsuldarlıq simvolu kimi mütləq diri xoruz olmalı idi. Bu adət udilərdə və ingiloy- larda da var idi. Xalq arasındakı inama görə, cin, şeytan kimi bəd ruhlar metalın səsindən qorxub dağılışdığı üçün gəlinin getdiyi evin kandarına dəmir parçası atardılar ki, gəlin onun üzərindən adlasın. Gəlinin barmaqları bala batırılırdı ki, şirinlik olsun. Buna bənzər adət ingiloylarda da var idi. Bu qədim ənənə Qafqaz Albaniyası etnoslarının vahid etnomədəni köklərindən xəbər verir.
Bütün Şahdağ xalqlarında olduğu kimi xınalıqlılarda da qan qohumluğuna əsaslanan kəbələ, qansil, kələ, soy, məhəllə kimi bir çox qədim patronomik qohumluq birlikləri olmuşdur. Kəndin nəsil mənsubiyyətinə görə məhəllələrə bölünməsi ənənəsi XX əsrin ortalarınadək qalmaqda idi: Məlikli, Qəmki, Kyimki, Qadaxki, Yalkivan və s. Belə nəsil birlikləri yas, toy, bayram və təsər- rüfat mərasimlərində birgə iştirak edər, çətinlik düşəndə bir-birinə qarşılıqlı yardım göstərərdilər. Hər məhəllədə həmin nəslə aid dingah adlanan ictimai toplantı yeri – meydan olardı. Ağsaqqallar buraya yığışaraq məhəlləyə, bəzən də kəndə aid problemləri birgə həll edərdilər. Gingah- lar həm də toy və yas məra- simlərinin keçirilməsi üçün ən münasib yer sayılırdı. Bu ənənə Xınalıqda indi də qal- maqdadır. Kənddə hər evin toy keçirilməsi üçün geniş həyəti olmadığından mağar bir qayda olaraq gingahlarda qurular.
Keçmişdə Xınalıq kən dində imkanı olmayan ailəyə qohum-qonşunun köməkləşib ev tikməsi kimi xunça adlanan qohumluq yardımı ənənəsi olmuşdur. Xunça, adətən, yeni evlənənlərə kömək məqsədilə toy ərəfəsində icra edilərdi. Adətə görə, ev tikmək istəyən evin bünövrəsini qoyduğu zaman barının dibinə halva bişirib qoyar və bununla da köməyə ehtiyacı olduğunu bildirərdi. Bu zaman bütün kənd köməyə gəlib, halvadan dadaraq işə başlardı.
Xınalıq toylarında, qədim ənənəyə görə, bəy və gəlinin dayıları toyda hətta onların valideynlərindən belə mühüm rol oynayır. Gəlin ər evinə məhz dayı- sının evindən köçərdi. Evdən çıxanda dayısı arvadı gəlinin başına şal örtməli, bəyin dayısının gətirdiyi ata minməli idi. Qeyd etmək yerinə düşər ki, Qafqaz Albaniyasının qədim alban tayfalarının varislərindən olan udilərin, saxur və ru- tulların da toy mərasimlərində dayı önəmli rol oynayır. Ümumiyyətlə, Şahdağ kəndlərinin udilərin, saxurların və rutulların məskunlaşdıqları Şəki-Zaqatala bölgəsinin əhalisi ilə bir sıra oxşar adət-ənənələri mövcuddur. Belə ki, Şahdağ xalqlarıının toy mərasimlərində icra olunan “Çörəkkəsmə” adəti, başına xoruz bərkidilmiş şax bəzədilməsi ənənəsi eynilə Şəki-Zaqatala bölgəsində də icra olunmaqdadır.
Xınalıq kəndinin məişət ənənələrində Baba qolu daşına inam (qırmızı əqiq daşı) geniş yayılmışdır. Xınalıqlılar əmindirlər ki, bu daş insanları vaxtsız ölümdən, ildırım vurmasından qoruyur və onun hər evdə olması vacibdir. Rə- vayətə görə, həmin daş ildırımın qayaları vurması nəticəsində yaranmışdır və xalq bunu «göydən uzanan müqəddəs qol», «baba qolu» kimi yozur. Bu inamın izlərinə Musa Kağankatlının «Alban tarixi» əsərində də rast gəlinir. Müəllif albanların bir çox təbiət ünsürləri ilə yanaşı, ildirım ilahəsinə də sitayiş etdiyini yazırdı. Qafqaz Albaniyasında çox qədim dövrlərdən bəri həm də əqiq daşının magik gücünə inamın mövcud olduğunu arxeoloji materiallar da təsdiq edir.
Bu gün xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin mövcud olduğu Azərbaycanın tarixi təşəkkülü prosesində iştirak edən digər etnos- lar kimi xınalıqlılar da ümumazərbaycan, ümumalban mədəniyyətinin ortaq ənənələrinə sahibdirlər. Onların qədim ənənələrinin alban kökləri vahid mənəvi mədəniyyətimizin dərin qatlarından xəbər verir. Azərbaycan tarixində özünə məxsus yeri olan xınalıqlılar ortaq etnomədəni mühitdə formalaşaraq Azər- baycan xalqının etnososial birliyinə daxil olmuşlar.
Mənbə: multikulturalizm.gov.az