“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.02.2013, 09:35
1346

13 fevral

A- A+

13 fevral 2009 - Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə vəfat edib...

Azərbaycan

 

13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
 

13 fevral 1940 - Nasir, tərcüməçi Rafiq Şamil oğlu İmanov anadan olub.

 

13 fevral 1956 - Əməkdar incəsənət xadimi, xor dirijoru Gülbacı İmanova anadan olub.

 

13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.

 

Dünya

 

13 fevral 1766 - İngilis filosofu, demoqraf və iqtisadçı Tomas Robert Maltus (1766-1834) anadan olub. Onun fəlsəfi nəzəriyyəsinə görə, dünyada əhali artımını tənzimləmək üçün müharibə və təbii fəlakətlər zəruridir.

 

13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.

 

13 fevral 1784 - Rus şairi, Homerin “İliada” poemasının rus dilinə ilk tərcüməçisi Nikolay İvanoviç Qnediç (1784-1833) anadan olub.

 

13 fevral 1791 - Rus rəssamı, realist mənzərə janrının banilərindən biri Silvestr Feodosiyeviç Şedrin (1791-1830) anadan olub.

 

13 fevral 1866 - Rus filosofu, ekzistensializmin tanınmış nümayəndələrindən biri Lev Şestov (1866-1938) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib.

 

13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, eyni zamanda rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

 

13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
 

13 fevral 1883 - Rus aktyoru və rejissoru, teatr xadimi Yevgeni Baqrationoviç Vaxtanqov (1883-1922) Vladiqafqazda doğulub.

 

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında seraillarla məşhurlaşıb.

 

13 fevral 1915 - Rus aktrisası, SSRİ Xalq artisti Lidiya Nikolayevna Smirnova (1915-2007) anadan olub.

 

13 fevral 1950 - İngilis musiqiçisi Piter Qabriel (Peter Brian Gabriel) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi