“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.01.2013, 17:16
1471

Azərbaycan tarixi günbəgün: 20 yanvar

A- A+

20 yanvar 1990 – Sovet Ordusu Bakıda “Qanlı Yanvar” qırğınını həyata keçirib. Təcavüz nəticəsində 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı.

SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə 19 yanvar tarixli fərmanı qırğına əsas yaratmışdı. Fərman yanvarın 20-də səhər, yəni qoşun hissələri şəhərdə qırğın törədəndən sonra elan edilmişdi.

Azərbaycanın o vaxtkı səbatsız rəhbərliyinin faktiki razılığı əsasında respublikada milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəmlərə görə, 35 min nəfər) yeridilmişdi.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “Alfa” və DTK-nın “A” təxribat qrupları oynamışdı.

Sovet qoşunlarının təcavüzü nəticəsində 134 nəfər (daha sonra dəqiqləşdirilmiş rəqəmlərə görə, 147 nəfər) öldürülmüş, 800-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.

 

20 yanvar 1998 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalayıb.

 

20 yanvar 1977 – Tanınmış şair, publisist Zeynal Cabbarzadə (Cabbarov Zeynal Əliabbas oğlu, 1920-1977) vəfat etmişdir. Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakıda anadan olmuşdu.

 

20 yanvar 2003 – Məşhur futbol hakimi Eldar Əzimzadə (1934-2003) vəfat edib. 1934-cü il mayın 25-də Bakıda anadan olmuşdu. Eldar Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə etmişdi.  

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi