“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.01.2013, 20:49
1354

Azərbaycan tarixi günbəgün: 10 yanvar

A- A+

10 yanvar 1838 – Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) anadan olub. Hacı Zeynalabdin Tagıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub.

Bakıda ilk teatr binası, Cənubi Qafqaz üzrə müsəlman qızlar üçün ilk məktəb, bu gün Azərbaycan paytaxtının arxitekturasına yaraşıq verən onlarla tikili onun Hacı Zeynalabdin Tagıyevin adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tagıyevin köməyi sayəsində fəaliyyət göstərib.

Dövrün tanınmış ziyalıları, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil almışdılar.

Əlavə bax:

https://www.azerbaycanli.org/az/page523.html

 

10 yanvar 1994 – NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Haminə Tərəfdaşlıq” proqramı qəbul olunub.

NATO-nun keçmiş sosialist ölkələri əməkdaşlığını tənzimləyən proqrama qoşulmaq üçün 20-dən çox dövlətə, o cümlədən Azərbaycana (ölkəmiz 1994-cü ilin mayında SNT proqramına qoşuldu) dəvət göndərilib.

Brüssel sammitinin yekun bəyanatında (11 yanvar 1994) NATO-nun Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinə dair ayrıca bənd yer almışdı.

Sənəd NATO-nun Cənubi Qafqazın hər üç respublikasının ərazi bütövlüyünü tanıdığını və güc işlətməklə ərazilərin ələ keçirilməsini pislədiyini bəyan edirdi.

Əlavə bax:

https://www.azerbaycanli.org/page/208

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi