“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.01.2013, 16:56
1509

Azərbaycan tarixi günbəgün: 23 yanvar

A- A+

23 yanvar 1920 - RSFSR-in xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən general Denikinə qarşı müharibəyə qoşulmağı tələb edən ikinci notanı Bakıya göndərib.

Azərbaycan bolşevik Rusiyasının tələbini növbəti dəfə rədd etdi.

 

23 yanvar 1945 - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib. 1920-ci illərdə respublikada elmi tədqiqatlar Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi.

1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 1945-ci ilin martında Akademiyaya ilk üzvlər seçildi, akademik heyət və rəhbərlik formalaşdı.

2001-ci il mayın 15-də prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, respublikanın ən böyük elm müəssisəsi Azərbaycan Milli Elmlər Akademiyası adlanır.

 

23 yanvar 1992 - Çexiya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasından diplomatik əlaqələr 1993-cü il yanvarın 29-da qurulub.

 

23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi