“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.04.2013, 13:02
1089

Azərbaycan tarixi günbəgün: 19 aprel

A- A+

19 aprel 1991 – Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejimi ləğv edilib.

19 aprel 1905 – Məşhur memar Mikayıl Hüseynov (1905-1992) Bakıda anadan olub. Mikayıl Hüseynov Bakının arxitekrutasına gözəllik verən onlarla tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, M.F.Axundov adına Dövlət Kitabxanası, MEA-nın binası, Musiqi Akademiyası və s.) müəllifidir. 1992-ci il oktyabrın 7-də vəfat edib.

 

19 aprel 1907 – Xalq artisti, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub. Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletinin (“Qız qalası”, 1940), Azərbaycan musiqi tarixinə kitabların, "Musiqi terminlərinin lüğəti"nin müəllifidir. 1976-cı il yanvarın 6-da vəfat edib.

 

19 aprel 1991 – Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejimi ləğv edilib.

 

19 aprel 1995 – "Gülüstan" sarayında Azərbaycanın “Əsrin müqaviləsi”ndəki (20 sentyabr 1994, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə) payından 5 faizin ABŞ-ın "Ekson" şirkətinə verilməsi haqqında sənədlər imzalanıb. Bundan öncə, Azərbaycan "Əsrin müqaviləsi" ətrafında geoiqtisadi balansın təmin olunması üçün özünün 30 faizlik payından 10 faiz Rusiyanın "LUKoyl" şirkətinə, 5 faiz də Türkiyənin TPAO şirkətinə vermişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi