Azərbaycan tarixi günbəgün: 3 noyabr
3 noyabr 1803 - General Pavel Sisianovun komandanlıq etdiyi rus qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb...
3 noyabr 1803 - Çar Rusiyası qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb. General Pavel Sisianovun komandanlıq etdiyi qoşunları dekabrda Gəncə şəhərini müharisirəyə aldılar. Qızğın döyüşlərdən sonra şəhər süqut etdi, Gəncə xanı Cavad xan qəhrəmancasına həlak (3 yanvar 1804) olub. Bundan öncə rus qoşunları Azərbaycanın şimal-qərbində Car-Balakən bölgəsini ələ keçirmişdilər.
3 noyabr 1921 - Rusiya K(b)P Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumu Cənubi Qafqazın üç sovet respublikasının - Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1922-ci ildə yaradıldı və Sovet İttifaqının (SSRİ) təsisçilərindən biri oldu. 1918-ci ilin yazında mövcud olmuş Zaqafqaziya Federasiyasından fərqli olaraq sovetlərin qurduğu məcburi federasiya uzunömürlü oldu. ZSFSR 1936-cı ilədək fəaliyyət göstərdi və həmin il qəbul edilən SSR-nin yeni Konstitusiyasına əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan Sovet İttifaqının müttəfiq respublikalarına çevrildilər.
3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 3. 11. 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (Fəhlə Uşaq Teatrı idi) kollektivində fəaliyyətə başlayıb. 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: