Azərbaycan tarixi günbəgün: 11 noyabr
11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Cənubi Qafqazın ən böyük su elektrik stansiyası burada yerləşir...
11 noyabr 1467 - Azərbaycan türklərinin iki güclü tayfa dövləti - Ağqoyunlularla Qaraqoyunlular arasında Muş döyüşü baş verib. Ağqoyunlular qalib gəliblər. Döyüşdə Qaraqoyunlu ordusunun başçısı Cahan şah öldürülüb. Az sonra Təbrizdə Qaraqoyunlulara qarşı üsyan baş verdi və 1468-ci ildə Qaraqoyunlu dövləti (1410-1468) süqut etdi, onun yerində (indiki İranın və İraqın böyük hissəsini əhatə edən) Ağqoyunlu dövləti yaranıb. 1501-ci ildə o da öz yerini Azərbaycan Səfəvilər dövlətinə verdi.
11 noyabr 1917 - Rusiyadakı «Oktyabr inqilabı»ndan (25 oktyabr çevrilişi) sonra bolşeviklərin Cənubi Qafqazda hakimiyyəti ələ almaq cəhdlərinə qarşı çıxan gürcü, erməni, azərbaycanlı və rus millətçi partiyaları Tiflisdə birgə fəaliyyət barədə qərar qəbul ediblər. Gürcü sosial-demokrat (menşevik) partiyası, «Daşnaksütyun», «Müsavat» və rus millətçiləri - «eser»lər Rusiyadakı bolşevik hakimiyyətini tanımadıqlarını və «Müstəqil Zaqafqaziya hökuməti» yaratdıqlarını bəyan ediblər. Noyabrın 15-də sözügedən partiyaların iştirakı ilə müştərək hökumət - «Zaqafqaziya Komissarlığı» təşkil edildi. Gürcü Y.Qeqeçkorinin sədrlik etdiyi «Zaqafqaziya Komissarlığı»na Azərbaycandan F.Xoyski, M.Cəfərov, H.Məlikaslanov daxil idi.
11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi. Ötən illərdə Mingəçevir 100 min nəfərdən çox əhalisi olan böyük yaşayış məntəqəsinə çevrilib.
11 noyabr 2004 - Azərbaycanla Nauru dövləti arasında diplomatik əlaqələr qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: