“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.11.2013, 09:28
1423

Azərbaycan tarixi günbəgün: 12 noyabr

A- A+

12 noyabr 1995 - Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib...

 

12 noyabr 1993 - BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib. Sənəd Ermənistan silahlı qüvvələrinin hücumları (Zəngilan rayonunun, Cəbrayıl və Füzulinin Arazboyu ərazilərinin işğalı) ilə bağlı Azərbaycan rəhbərliyinin BMT-yə müraciətindən sonra qəbul edilmişdi. Bu, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin sayca 4-cü qətnaməsi idi. Sənəddə erməni (Ermənistan deyil) silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxması tələb edilirdi. Lakin bu sənəddə də işğala son qoymaq üçün praktik mexanizm yer almamışdı.

 

12 noyabr 1995 - Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib. MSK-nın rəsmi məlumatına görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 mln. nəfər) iştirak etmiş, seçicilərin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezidentin fərmanı ilə 12 noyabr - Konstitusiya günü elan edildi. Seçkilərdə proporsional sistem üzrə 25 yerdən 19-nu YAP əldə etmiş, AXCP və AMİP hərəyə 3 mandat qazanmışdı. Majoritar sistem üzrə isə 99 dairədən (Xankəndi dairəsindən savayı) 71-də qaliblər ilk turda məlum oldu. 28 dairədə ikinci tur və yeni seçkilər (26 noyabr və 6 fevral 1996) keçirildi. Bu seçkilərdən sonra YAP Milli Məclisdə ümumilikdə 54 yer qazandı, parlamentə 55 bitərəf deputat seçilmişdi.

 

12 noyabr 1997 - Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" (20 sentyabr 1994) çərçivəsində "Çıraq" yatağından ilk neft hasil olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi