“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.11.2013, 09:38
1331

Azərbaycan tarixi günbəgün: 15 noyabr

A- A+

15 noyabr 2002 - Milli Məclis Azərbaycan hərbçilərinin Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirakına razılıq verib...

 

15 noyabr 1912 - Çar Rusiyasının IV Dövlət Duması fəaliyyətə başlayıb. Dumada Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmmədyusif Cəfərov idi. IV Dövlət Duması səlahiyyət müddətini axıradək işlədi, sonuncu iclas 1917-ci il oktyabrın 19-da keçirildi. Bir həftə sonra Peterburqdakı bolşevik üsyanı (Oktyabr inqilabı) ilə Rusiya imperiyası süqut etdi.

 

15 noyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. Universitetin açılması barədə qərar 1919-cu il sentyabrın 1-də Cümhuriyyətin parlamenti tərəfindən qəbul edilmişdi.

 

15 noyabr 1933 - Ədəbiyyatşünas alim, professor Firudin Hüseynov (1933-1986) anadan olub.

 

15 noyabr 1991 - Ali Sovetin sessiyasında "Azərbaycan Respulikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi barədə qərar qəbul olunub. Referendum 1991-ci il dekabrın 29-na təyin edilib.

 

15 noyabr 1994 - Milli Məclis ARDNŞ-lə xarici şirkətlər konsorsiumu arasında bağlanmış "Əsrin müqaviləsi"ni (20 sentyabr 1994) ratifikasiya edib. Müqavilədə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü əksini tapıb.

 

15 noyabr 2002 - Milli Məclis 91 səs lehinə, 1 səs əleyhinə olmaqla Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhyaratma missiyasında iştirakına razılıq verib. Noyabrın 19-da 30 nəfərlik Azərbaycan taqımı Əfqanıstana yola düşdü və Türkiyə sülhməramlı kontingenti tərkibində fəaliyyətə başladı. Bu, Kosovodan sonra Azərbaycan hərbçilərinin iştirak etdiyi ikinci sühməramlı missiya idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi