“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2013, 09:20
1500

Azərbaycan tarixi günbəgün: 10 noyabr

A- A+

10 noyabr 1724 – Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib...

 

10 noyabr 1724 – Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülüb. Azərbaycanın Xəzəryanı əraziləri 1723-cü ildə Rusiya ilə Səfəvi dövləti arasında bağlanmış Peterburq müqaviləsinə əsasən, rusların nəzarətinə keçmişdi. Pyotrun ölümündən sonra rus qoşunları bölgəni (müvəqqəti) tərk etdilər. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi barədə Pyotrun vəsiyyəti isə sonrakı rus çarları tərəfindən ardıcıl davam etdirildi.

 

10 noyabr 1918 – Türkiyə (Osmanlı) ordu hissələri Bakını tərk etməyə başlayıblar. Osmanlı dövləti ilə I Dünya meharibəsinin qəlibləri olan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) arasında bağlanmış Mudros sazişinə (30 oktyabr 1918) əsasən, türk qoşunlarının son hissələri noyabrın 16-da Bakıdan çıxdı. Noyabrın 17-də isə Bakıya general V.Tomsonun komandanlığı altında ingilis hərbi kontingenti daxil oldu. Azərbaycanın istiqlalının əldə olunmasında, Bakının daşnak qüvvələrindən azad olunmasında tarixi xidmət göstərmiş türk qoşunlarının regionu tərk etməsi Xalq Cümhuriyyətinin beynəlxalq-siyasi mövqelərini də zəiflətdi.

 

10 noyabr 1991 – Azərbaycan Ali Soveti Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələrin hücumlarının genişlənməsi ilə bağlı xarici dövlətlərin parlamentlərinə müraciət qəbul edib. 

 

10 noyabr 1994 – Avropa Şurası Parlament Assambleyası Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. 1047 saylı qətnamədə Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin davam etməsi ilə bağlı məmnunluq ifadə olunurdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi