“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.11.2013, 13:19
1632

Azərbaycan tarixi günbəgün: 2 noyabr

A- A+

2 noyabr 2008 - Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə Qarabağ münaqişəsinin nizamlanmasına dair “Moskva Bəyannaməsi” imzalanıb...

 

2 noyabr 1937 - Tanınmış bəstəkar, Xalq artisti Emin Sabitoğlu (1937-2000) anadan olub.

 

2 noyabr 1944 - Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (1919-1944) Sloveniyanın Vitovla kəndində alman faşistləri ilə döyüşdə həlak olub. Mehdi Hüseynzadə Bakıda (Novxanı) doğulub, 1941-ci ildə cəbhəyə gedib, 1942-ci ilin dekabrında Stalinqradda əsir düşüb. 1944-cü ilin əvvəlində Yuqoslaviyada partizan hərəkatına qoşulub. Həyata keçirdiyi təxribat əməliyyatları nəticəsində 1000-dən çox alman hərbçisi həlak olub, faşistlərin onlarla hərbi təyyarəsi, döyüş texnikası məhv edilib.

 

2 noyabr 1992 - Azərbaycanla Efiopiya arasında diplomatik əlaqələr qurulub.

 

2 noyabr 1993 - Prezident Heydər Əliyev televiziya ilə xalqa müraciət edərək ölkə əhalisini Ermənistan ordusunun işğalçı hücumlarına qarşı səfərbərliyə çağırıb. Müraciətindən sonra minlərlə insan Milli Orduya səfərbər olundu. Dövlət başçısı cəbhə xəttinə gedərək hərbi əməliyyatların hazırlanmasına rəhbərlik etdi. Noyabrın ortalarında Ermənistan ordusunun hücumlarının qarşısı alındı, dekabrda isə Azərbaycan qoşunları Füzuli rayonunun Arazboyu kəndləri istiqamətində əks-hücuma keçdi.

 

2 noyabr 1994 - Prezident Heydər Əliyev Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbirlərində iştirak edib. Prezident səfər gedişində prezident Türkiyə rəhbərliyi, ölkənin biznes nümayəndələri ilə görüşlər keçirib.

 

2 noyabr 2008 - Moskvada, Rusiya dövlət başçısının iqamətgahı olan “Mayn Dorf” qəsrində prezident Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü keçirilib. Görüşdən sonra prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair “Moskva Bəyannaməsi”ni imzalayıblar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi