“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.11.2013, 09:36
1453

Azərbaycan tarixi günbəgün: 14 noyabr

A- A+

14 noyabr 2006 - Avropa Birliyi ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı imzalanıb...

 

14 noyabr 1917 - Kosmik aviasiya general-leytenantı Kərim Kərimov (1917-2003) anadan olub. Uzun illər sovet kosmonavtikasının rəhbərlərindən biri, kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri olub. Lakin onun fəaliyyəti məxfi qrif altında olduğu üçün geniş ictimaiyyət azərbaycanlı general Kərimovu yalnız 90-cı illərdə tanıdı.

 

14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov, 1925 - 26.12.1995) anadan olub.

 

14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. Ələkbər Hüseynzadə komediya ustası olmaqla yanaşı dramatik rollarda da çıxış edibr. "Arşın mal alan" kinooperettasında (1945) yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur.

 

14 noyabr 2006 - Azərbaycan estrada görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbayacan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

 

14 noyabr 2006 - Brüsseldə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı imzalanıb. Sənədi Azərbaycan tərəfdən XİN başçısı Elmar Məmmədyarov imzalayıb. Beş il müddətinə nəzərdə tutulan sənəd Azərbaycanın AB ilə əməkdaşlığının bütün sahələrini əhatə edir. Avropa Qonşuluq Siyasəti AB-nin genişlənməsi kontekstində 2003-cü ildə qəbul edilmiş Avropa Təhlükəsizlik Strategiyası əsasında hazırlanıb. Sənədə AB-nin Aralıq dənizindən Qara dənizədək qonşuları, həmçinin 2004-cü ildən üç Cənubi Qafqaz ölkəsi daxil edilib.

 

14 noyabr 2008 - Bakıda IV Enerji sammiti keçirilib.  2007-ci ilin may və oktyabrında Krakov və Vilnüsdə, 2008-ci ilin mayında Kiyevdə keçirilmiş sammitlərin davamı olan Bakı toplantısında Xəzər-Qara dəniz-Baltik enerji tranziti məkanının yaradılması, bu istiqamətdə Odessa-Brodı neft kəmərinin işə salınması, «Nabucco» layihəsi (Xəzər və Mərkəzi Asiyadan qazın Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqli) və s. məsələlər müzakirə edilib. Samitin yekunlarına dair 15 ölkə və Avropa Komissiyası tərəfindən Bəyannamə imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi