“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.11.2013, 10:47
1443

Azərbaycan tarixi günbəgün: 28 noyabr

A- A+

28 noyabr 1989 - Dağlıq Qarabağda Moskvanın Xüsusi İdarə Komitəsi ləğv olunub, onun əvəzində Respublika Təşkilat Komitəsi yaradılıb...


 

28 noyabr 1578 – Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Döyüşdə Baba bəy Qaramanlının başçılıq etdiyi Səfəvi qüvvələri qalib gəliblər. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nazarətindəki Dərbəndə geri çəkiliblər. Bundan öncə (9 sentyabr 1578) Səfəvilər Qanıx (Alazan) çayı sahilində Osmanlını məğlub etmişdi. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı itirməsi ilə (1590) nəticələndi.

 

28 noyabr 1852 - Görkəml şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 - 1852) vəfat edib. 

 

28 noyabr 1989 - SSRİ Ali Soveti «Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması tədbirləri haqqında» qərar qəbul edib. Sənədə əsasən, Dağlıq Qarabağda Moskvanın birbaşa idarəçilik forması - Xüsusi İdarə Komitəsi (1989-cu il yanvarın 12-də yaradılmışdı) ləğv olunub, onun əvəzində Respublika Təşkilat Komitəsi yaradılıb. Bundan əlavə, qərara əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin fəaliyyəti bərpa olunub. DQMV üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Azərbaycan KP MK-nın 2-ci katibi Viktor Polyaniçko təyin edildi. Bakının formal tabeçiliyində olsa da, bu qurum da gerçəkdə Moskvanın nəzarətində fəaliyyət göstərirdi.

 

28 noyabr 2006 - MDB dövlət başçılarının Minskdə keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdən sonra prezident İlham Əliyev sülh prosesinin «həlledici mərhələyə» daxil olduğunu bildirib. Lakin çox keçmədən Ermənistan rəhbərliyi parlament seçkilərini (may 2007) bəhanə edərək danışıqlarda növbəti fasilə götürdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi