“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.11.2013, 09:31
1558

Azərbaycan tarixi günbəgün: 13 noyabr

A- A+

13 noyabr 1988 - Ermənistanın Spitak rayonunda erməni silahlı dəstələrinın basqınları nəticəsində 40-dək azərbaycanlı qətlə yetirilib...

 

13 noyabr 1918 - Bolşevik Rusiyası «Brest sülhü»nün qüvvədən düşdüyünü elan ediblər. Bolşeviklər Rusiyanı I Dünya müharibəsindən çıxarmaq üçün Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı ilə ağır şərtlər altında Brest sülhünü bağlamış (3 mart 1918) və çar dövründə Rusiyanın tərkibində olan Polşa, Baltikyanı ölkələr, Qərbi Ukrayna və Belorusiyadan imtina etmiş, həmçinin Cənubi Qafqazı Osmanlının nəzarətinə vermişdi. Türkiyənin, ardınca isə Almaniyanın dünya müharibəsində məğlub olmasından sonra Brest sülhündən çıxan Rusiya itirdiyi əraziləri, o cümlədən Cənubi Qafqazı təkrar ələ keçirmək niyyətini bəyan etdi.

 

13 noyabr 1988 - Ermənistanda azərbaycanlılara qarşı kütləvi qətliamların daha biri həyata keçirilib. Spitak rayonunun rəhbərliyinin (raykom katibi, milis rəisi, prokuror və s.) bilavasitə iştirakı ilə erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər. Basqın nəticəsində 40-dan çox azərbaycanlı xüsusi vəhşiliklə qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib. Buna rəğmən bir ay sonra (7 dekabr) Spitakda dəhşətli zəlzələ baş verəndə Azərbaycan Ermənistana birincilər sırasında yardım əlini uzatdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi