“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.11.2013, 10:24
1348

Azərbaycan tarixi günbəgün: 30 noyabr

A- A+

30 noyabr 2001 - Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair saziş imzalanıb...

 

30 noyabr 1918 - Bakıda faktiki hakimiyyəti ələ almış ingilis qoşunlarının komandanı general Tomson Xəzər donanmasının ticarət gəmilərinin ingilis komandanlığının sərəcamına keçməsi barədə əmr verib. Bu məqsədlə mayor Braunun rəhbərliyi ilə «İngilis Dəniz Ticarəti» şirkəti yaradılıb. Bundan öncə general Tomson özünü Bakının general-qubernatoru elan etmiş və Bakı quberniyasında bütün idarəçiliyin ingilis hərbi komandanlığına verilməsi barədə əmr imzalamışdı. Polkovnik Kokkerel mütttəfiq (Antanta) qüvvələrinin Bakıdakı polis komissarı təyin edilmişdi.

 

30 noyabr 1990 - Erməni təxribatçı dəstələrinin Xankəndi aeroportu (1991-ci ildə Xocalı aeroportu adlandırıldı) yaxınlığında sərnişin avtobusu partlatması nəticəsində 2 azərbaycanlı həlak olub 11 nəfər yaralanıb. 

 

30 noyabr 2001 - Moskvada MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair dövlətlərası saziş imzalanıb. Sənədi prezidentlər Heydər Əliyev və Nursultan Nazarbayev imzalayıblar. 2002-ci ildə Azərbaycanla Rusiya arasında analoji sənəd imzalandı, 2003-cü ildə isə üç ölkə arasında Xəzərin sektoral bölgüsünə dair yekun razılaşma əldə edildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi