Azərbaycan tarixi günbəgün: 5 noyabr
5 noyabr 2000 - Azərbaycanda ikinci çağırış Milli Məclisə seçkilər keçirilib. Seçkilər majoritar (100 yer) və proporsional (25 yer) qaydada aparılıb...
5 noyabr 1948 - Satirik şair Baba Pünhan (5.11.1948 - 17.4.2004) anadan olub.
5 noyabr 1992 - Naxçıvanda Yeni Azərbaycan Partiyasının Təşkilat Komitəsinin ilk toplantısı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Təşkilat Komitəsinin sədri seçilib. Bir qədər əvvəl (16 oktyabr 1992) ölkənin bir qrup ziyalısı Heydər Əliyevə müraciət edərək onu yeni yaradılan partiyaya liderlik etməyə çağırmışdılar. Heydər Əliyev bu çağırışa müsbət cavab vermişdi. YAP-nı təsis konfransı noyabrın 21-də Naxçıvan şəhərində keçirildi.
5 noyabr 2000 - Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirilib. Seçkilər majoritar (100 yer) və proporsional (25 yer) qaydada keçirilib. Səsvermənin nəticələrinə əsasən, proporsional sistem üzrə YAP birinci (16 yer), AXCP ikinci (4 yer) olmuşdu. «Vətəndaş Həmrəyliyi» 3 yer, Kommunist Partiyası 2 yer qazanmışdı. Müxalifətin digər partiyalarından «Müsavat», AMİP və ADP 6 faizlik keçid həddini aşa bilməmişdi. Hakim partiyanın proporsional seçki siyahısına YAP sədrinin müavini İlham Əliyev başçılıq edirdi. Majoritar sistem üzrə nəticələri elan edilən 88 dairədən əksəriyyətində (54 mandat) YAP təmsilçiləri qalib gəlmişdilər. Majoritar sistem üzrə parlamentə 30-dək bitərəf deputat seçilmiş, müxalifət bir neçə yer əldə etmişdi. 11 dairədə təkrar seçkilər elan edildi, 1 dairədə isə (Xankəndi) seçki keçirilmədi. 2001-ci ilin yanvarında keçirilən təkrar seçkilərdən sonra YAP-ın parlament fraksiyası ümumilikdə 74 nəfər təşkil etdi.
5 noyabr 2001 – Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış Eldəniz Zeynalov (1.1.1937 - 5.11.2001) dünyasını dəyişib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: