“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.11.2013, 09:37
1541

Azərbaycan tarixi günbəgün: 22 noyabr

A- A+

22 noyabr 1982 - Heydər Əliyev SSR-nin ali rəhbər orqanına - Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib...

 

22 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib.Bu tarix Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

22 noyabr 1922 - Görkəmli bəstəkar Fikrət Əmirov (1922-1984) anadan olub. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.

 

22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) anadan olub. Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.

 

22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933- 12.7.2006) Şəkidə anadan olub.

 

22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Məmmədov (1938- 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası (“Böyük dayaq”da Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay, “İstintaq”da Murad, “Dədə Qorqud”da Dədə Qorqud, “Axırıncı aşırım”da Abbasqulu ağa Şadlinski və s.) yaradıb.

 

22 noyabr 1949 - Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının (İES) tikintisi ilə başlanıb. Onun ardınca 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

22 noyabr 1950 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Şəkidə anadan olub. İki operettanın (”Məhəbbət oyunu”, ”Yeddi məhbusə“), simfoniyaların müəllifidir, onlarla teatr və televiziya tamaşalarına, bədii və sənədli filmlərə musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.

 

22 noyabr 1982 - Heydər Əliyev SSR-nin ali rəhbərliyinə - Sov.İKP MK Siyasi Bürosuna üzv (1978-ci ildən Siyasi Büro üzvlüyünə namizəd idi) seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilib. Sovet İttifaqı tarixində ilk dəfə olaraq belə yüksək posta müsəlman-türk respublikasının nümayəndəsi yüksəlmişdi.

 

22 noyabr 1995 - Azərbaycanla Yamayka arasında diplomatik münasibətlər qurulub.

 

22 noyabr 2007 - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin (Tbilisi-Axalkalaki-Türkiyə sərhədi) təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül iştirak ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi