“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.11.2013, 09:56
1600

Azərbaycan tarixi günbəgün: 26 noyabr

A- A+

26 noyabr 1991 – Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib...

 

26 noyabr 1917 – Rusiya imperiya ərazisində çar monarxiyasının süqutundan (Fevral burjua inqilabı) sonra Müvəqqəti Hökumətin elan etdiyi parlamentə - Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilib. Cənubi Qafqazda 15 partiyanın qatıldığı seçkidə ermənilər arasında «Daşnaksütyün», Azərbaycanda «Müsavat», Gürcüstanda menşevik partiyaları üstünlük (ümumilikdə 73 faiz) qazanıblar. Bolşeviklər Cənubi Qafqaz üzrə cəmisi 4,4 faiz, Bakıda 20 faiz səs toplayıblar.

Ümümrusiya miqyasında da umduqları nəticəni əldə edə bilməyən bolşeviklər Müəssislər Məclisinin çağırılmasına imkan vermədilər. Nəticə Cənubi Qafqazdan seçilmiş deputatlar (o cümlədən 44 azərbaycanlı deputat) Zaqafqaziya Seymini (fevral 1918) təşkil etdilər.

 

26 noyabr 1991 – Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar ermənilərin qondarma dövlət - «Dağlıq Qarbağ Respublikası" yaratmaq qərarına (2 sentyabr 1991) cavab olaraq qəbul edilmişdi. Ali Sovet keçmiş DQMV-nin mərkəzi Stepanakertin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib.Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları rayonu ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.

 

26 noyabr 1991 – Ali Sovetin iclasında həmçinin parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə qərar qəbul edilib. 50 nəfərlik Milli Şura müxalifət və iqtidar («demblok» və «komblok») deputatlarından paritet əsasda (25-25) formalaşdı. 1992-ci ilin mayından Milli Məclis adlanan qanunverici orqan 1995-ci ilədək Ali Sovetin funksiyasını yerinə yetirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi